Start menyusu

("Start" menyusu) Windows sisteminin əsas menyusu — tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və ya klaviaturada Windows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələn Microsoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir: "Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır.

"Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur.

İş masasının bəzi mühitlərində (məsələn, GNOME, Xfce, IceWM, FVWM 95, JWM, QVWM, KDE, LXDE, XPWM) analoji menyu var.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy